Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi rəsmi səviyyədə qəbul olunub. Həmin prioritetə uyğun olaraq ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin gerçəkləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan dekabrın 25-də Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi.
Sərəncamda Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi bildirilir, eyni zamanda bir sıra hədəflərin müəyyənləşdirildiyi diqqətə çatdırılır. Məsələn, bu sənəddə Azərbaycanın baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını, bundan başqa, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi götürüldüyü, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunduğu bir daha xatırladılıb.
AISEDA-nın sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq insan kapitalının formalaşdırılmasında üzərinə düşən fəaliyyətin icrasında maraqlı olduğunu bildirir, gələcək fəaliyyətini Sərəncama uyğun planladığını vurğulayır.
15 Oktyabr 2023
21 Sentyabr 2023
Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan
+994 99 324 73 32
info@aiseda.org.az
Copyright © AISEDA 2023. All rights reserved.
Designed by Jafar Sadigzade