AISEDA-nın İdarə Heyəti Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Mahirə xanım Nağıyevanın anası Nazlı xanımın vəfatı xəbərini dərin kədər hissi ilə qarşılayır.

8 Fevral 2024 baxış sayı 125

Dərələyəz mahalının ağbirçək anası Nazlı xanım övladlarına ülvi məhəbbət bəsləyən bir ana kimi, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə etmişdir. Təsadüfi deyil ki, Nazlı xanımın böyük fədakarlıqlar bahasına yetişdirdiyi nəsil – övladları bu gün dövlətçiliyimizin qorunması‚ ölkəmizin milli maraqlarının təmin olunması yolunda əzmlə çalışır, vətənimizə ləyaqətlə və sədaqətlə xidmət edirlər.  
AISEDA-nın İdarə Heyəti Nazlı Nağıyevanın vəfatından kədərlənir, ictimai birliyin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Paylaş

Son xəbərlər


Adres

Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan

Əlaqə

+994 99 324 73 32

E-poçt

info@aiseda.org.az