AISEDA İdarə Heyəti Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

7 Fevral 2024 baxış sayı 127

Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimini cənab İlham Əliyevi ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının bütün bölgələrində fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində əldə etdiyi parlaq qələbə münasibətilə AISEDA-nın İdarə Heyəti adından səmimi-qəlbdən təbrik edirik.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində dalğalanan müqəddəs bayrağımız altında azad, ədalətli və şəffaf mühitdə keçirilən Zəfər seçkilərində xalqın Müzəffər Liderinin inamlı qələbəsi hər birimizə qürurlu anlar yaşatdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideallarının gerçəkləşdirilməsini həyat və fəaliyyətinin əsas meyarına çevirmiş, Azərbaycançılıq ideologiyasını daim yüksəkdə tutan, vətənpərvərlik düşüncəsini və dövlətçilik prinsiplərini əməllərində yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev ikiəsrlik münaqişəyə əbədilik nöqtə qoyaraq adını tarixə qızıl hərflərlə həkk etdirməyi bacardı.
Prezident İlham Əliyevin inamlı qələbəsi ölkədə cəmiyyətin və hakimiyyətin həqiqətən eyni strateji yolda olduğunun göstəricisidir. Bir daha sübut olundu ki, xalq tərəfindən dəstəklənən bu müdrik siyasət təkcə Azərbaycanın deyil, bütünlüklə strateji olaraq regionun gələcək taleyini müəyyənləşdirmək gücünə malikdir.
Cənab Prezidentin hər bir millətin tərəqqisinin əsas istiqamətlərindən biri olan elmə, təhsilə göstərdiyiniz böyük diqqət və qayğı apardığınız intibah hərəkatının üzvi tərkib hissəsi kimi müstəqilliyimizin möhkəmləndirilməsini şərtləndirən əsas amillərdəndir. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə AISEDA-nın İdarə Heyəti adından bir daha ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və doğma Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Paylaş

Son xəbərlər


Adres

Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan

Əlaqə

+994 99 324 73 32

E-poçt

info@aiseda.org.az