“Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” İctimai Birliyi prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.
Bəyanatda qeyd olunur ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında inkişaf etməkdədir: “Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edib, dünyada böyük nüfuz qazanıb, regionun sürətli inkişaf yolunda olan müasir ölkəsinə, etibarlı tərəfdaşa çevrilib. Ölkədə təşkil olunan beynəlxalq silsilə forumlar, kütləvi-mədəni və idman tədbirləri Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini gücləndirib. Müxtəlif istiqamətlərdə çoxsaylı dövlət proqramları həyata keçirilib, elm, təhsil, mədəniyyət, idman, səhiyyə və digər sahələrdə böyük uğurlara imza atılıb, əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl işlər görülüb.
İctimai-siyasi sabitliyin və əmin-amanlığın təmin olunması ölkənin sürətli sosial-iqtisadi inkişafında, müstəqil dövlətçiliyin demokratik dəyərlər əsasında möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Respublikanın inkişafı istiqamətində aparılan işlər dünyanın aparıcı qurumlarının hesabatlarında yüksək qiymətləndirilir.
Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacarıb. Qafqazın mədəniyyət, musiqi incisi olan Şuşa şəhəri tarixi Zəfərin simvoluna çevrilib, nisgil, kədər, ümidsizlik geridə qalıb. Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, diplomatik gedişləri, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın adını ucaldıb. Qarabağ və Şərqi Zəngəzur indi cənnətə çevrilir, məcburi köçkünlər doğma yurd yerlərinə qayıdırlar, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasını əyani şəkildə nümayiş etdirir. Müharibə əlillərinə, şəhid ailələrinə göstərilən həssas münasibət və diqqət onlar üçün böyük təskinlik mənbəyidir.
AISEDA-nın İdarə Heyəti adından Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, ölkəmizin daha da inkişafı naminə üzərinə düşən tarixi, milli və vətəndaş məsuliyyətini dərk edərək fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik.
15 Oktyabr 2023
21 Sentyabr 2023
Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan
+994 99 324 73 32
info@aiseda.org.az
Copyright © AISEDA 2023. All rights reserved.
Designed by Jafar Sadigzade