Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qarabağ bölgəsinə səfəri zamanı Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaltdıqdan sonra Prezident cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Artıq torpaqlarımızı geri qaytarmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik.
Müzəffər Ali Baş Komandanın Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi və Xocalıda dalğalandırması, minillik tarixi olan Vətən torpağında hər bir vətəndaşın həsrətinə son qoyulmasıdır. Bu münasibətlə AISEDA İdarə Heyəti ölkədə və kənarda yaşayan vətəndaşlarımızı, Azərbaycana dost və qardaş ölkələrin vətəndaşlarını təbrik edir. İnanırıq ki, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri ilə yaradılacaq elm və təhsil ocaqları dünyanın aparıcı mərkəzləri olacaqdır.
15 Oktyabr 2023
21 Sentyabr 2023
Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan
+994 99 324 73 32
info@aiseda.org.az
Copyright © AISEDA 2023. All rights reserved.
Designed by Jafar Sadigzade