Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” (AISEDA) İctimai Birliyi

Birliyin üzvlüyü haqqında

Əsasnaməsi


 

Ümumi müddəalar

  1. Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası” (AISEDA) İctimai Birliyində (bundan sonra-AISEDA) üzvlük münasibətləri ədalətlilik, bərabərlik, humanistlik, şəffaflıq, qanunilik və qarşılıqlı faydalılıq prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq normativ-hüquqi aktlara, İctimai Birliyin nizamnaməsinə, İctimai Birliyin idarəetmə orqanının qərarlarına, “Üzvlərin etik davranış Qaydaları” və (AISEDA) İctimai Birliyinin üzvlüyü haqqında Əsasnamə (bundan sonra-Əsasnamə) əsasən tənzimlənir.

  2. Azərbaycan Respublikasının vətəndaşları və ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikası ərazisində təşkilati-hüquqi formasından asılı olmayaraq qanuni əsaslarla fəaliyyət göstərən təşkilat və şirkətlər, xarici ölkə vətəndaşları və bu ölkələrdə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxslər, həmçinin həmin ölkələrin ərazisində təşkilati-hüquqi formasından asılı olmayaraq qanuni əsaslarla fəaliyyət göstərən təşkilat və şirkətlər bu qaydada qeyd olunmuş tələblərə uyğun olaraq müvafiq qaydada AISEDA-nın üzvü ola bilərlər.

  3. AISEDA-nın fərdi, korporativ və fəxri üzvləri qaydalar çərçivəsində təşkilatın müvafiq orqanlarına seçə və seçilə bilərlər, reqlamentə uyğun olaraq təşkilatın tədbirlərində iştirak edə, təkliflər verə və çıxış edə bilərlər, İctimai Birliyin idarəetmə orqanının yazılı icazəsi ilə təşkilatı aidiyyəti üzrə müvafiq qaydada təmsil edə bilərlər, öz rekvizitlərində AISEDA-nın üzvü olduqlarını (şifahi və yazılı) qeyd edə bilərlər, həmçinin təşkilatın sahib olduğu resurs və imkanlardan qaydalar çərçivəsində imtiyazlı şəkildə faydalana bilərlər.


 

Təqdim olunan resurs və imtiyazlar

  1. AISEDA-nın təşkil etdiyi ictimaiyyətə açıq ödənişsiz seminar və təlimlərdə iştirakda üstünlük;

  2. AISEDA-nın təşkil etdiyi ödənişli seminar və təlimlərdə iştirakda üstünlük və güzəştlər;

  3. Şəbəkələşmə (networking) tipli tədbirlərdə iştirakda üstünlük və güzəştlər;

  4. AISEDA-nın təşkil etdiyi ödənişli dəyirmi masa, konfrans, sammit və digər kütləvi tədbirlərdə iştirakda üstünlük və güzəştlər;

  5. AISEDA-nın tərəfdaşlıq etdiyi təşkilat və şirkətlərdə könüllü və ya  təcrübəçi kimi çalışmaq imkanı;

  6. AISEDA-nın tərəfdaşlıq etdiyi təşkilat və şirkətlərdən güzəşt və endirimlərin əldə olunması;

  7. AISEDA-nın təşkil etdiyi seminar və təlimlərdə, dəyirmi masa, konfrans və sammitlərdə məruzəçi və moderator olmaqda üstünlük;

  8. Sahə üzrə start-up tipli fərdi layihələrə dəstəyin verilməsi;

  9. Regional, respublika və beynəlxalq elmi və digər tədbirlərdə AISEDA adından dinləyici kimi iştirakda üstünlük və güzəştlər;

  10. Regional, respublika və beynəlxalq elmi və digər tədbirlərdə AISEDA adından məruzəçi kimi iştirakda üstünlük;

  11. Beynəlxalq kvalifikasiya proqramlarında iştirakda güzəştlər;

  12. AISEDA-nın nəşrlərinə abunədə güzəşt;

  13. AISEDA-nın nəşrlərində müəllif kimi çıxış etməkdə üstünlük və güzəştlər;

  14. Təşkilat və şirkətlərə sahə üzrə audit və konsultasiya xidmətlərinin göstərilməsində güzəştlər;

  15. AISEDA-nın malik olduğu marketinq alətlərindən faydalanmaq imkanları;

  16. AISEDA-nın sahib olduğu kitabxana və digər resurslardan qaydalar çərçivəsində faydalanmaq;

  17. Onlayn ödənişli resurslardan (video, kitab, jurnal, məqalə, kurs vb.)  istifadədə güzəştlər.


 

Üzvlük forması

  1. AISEDA-ya üzvlük fərdi, korporativ və fəxri olmaqla 3 (üç) formada həyata keçirilir. Hər hansı bir üzvlük şərt(lər)inə cavab verən, tələb olunan sənədləri təqdim edən və üzvlük haqqını ödəyən, müvafiq qayda müraciət etmiş fiziki və hüquqi şəxslər ilə üzvlük müqaviləsi bağlanılır.

    1. Fərdi üzvlük

    2. Korporativ üzvlük

    3. Fəxri üzvlük

  2. Fəxr üzvlər İdarəetmə və xüsusən də elm və təhsilin idarəedilməsi sahəsində müstəsna xidmətlər göstərərək yüksək dəyər yaratmış və AISEDA-nın inkişafında və fəaliyyətində maraqlı olan peşəkarların arasından İctimai Birliyin idarəetmə orqanının qərarına əsasən seçilir.


 

Üzvlük üçün tələb olunan sənədlər

  1. Fərdi üzvlük üçün – müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) və ya pasport (xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs) və üzvlük formasına uyğunluğu təsdiq edən sənədlərdən birinin (tələbə bileti, diplom, əmək kitabçası, beynəlxalq sertifikat, elmi dərəcəni təsdiq edən diplom vb.) surəti (PDF formatda), son 6 ayda çəkilmiş 3x4 sm ölçüdə olan rəngli fotosunun elektron (JPG formatda) surəti və üzvlük haqqının ödənilməsi barədə qəbzin surəti (PDF formatda).

  2. Korporativ üzvlük üçün – müraciət edən təşkilat və ya şirkətin müvafiq dövlət qurumunda qeydiyyatdan keçməsini təsdiq edən sənədin (VÖEN, çıxarış vb.) surəti (PDF formatda) və loqosunun surəti elektron (PNG formatda) surəti və üzvlük haqqının ödənilməsi barədə qəbzin surəti (PDF formatda).

  3. Fəxri üzvlük üçün – fəxri üzvün şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) və ya pasport (xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs) surəti və onun bioqrafik məlumatı (PDF formatda), son 6 ayda çəkilmiş 6x12 sm ölçüdə olan rəngli fotosunun elektron (JPG formatda) surəti.


 

Üzvlüyə müraciət qaydası

  1. Üzvlük üçün müraciət etmək istəyən fərd və ya təşkilat və şirkətlər AISEDA-nın rəsmi veb səhifəsi olan aiseda.org.az internet saytında “Üzvlərin etik davranış qaydaları” və Birliyin üzvlüyü haqqında Əsasnamə ilə tanış olduqdan sonra, “Üzvlük” bölməsində “Müraciət et” pəncərəsinə daxil olaraq “Fərdi” və ya “Korporativ” üzvlük formalarından birini seçir. Müraciət şərtlərinə uyğun gəldiyi üzvlük səviyyələrindən birini seçərək “Müraciət et” düyməsini sıxır və aidiyyəti üzrə açılmış Məlumat blankını doldurur. Sonra isə üzvlük forması üzrə tələb olunan sənədləri portala yükləyir. AISEDA-nın Birliyin üzvlüyü haqqında Əsasnamə və Üzvlərin etik davranış Qaydaları ilə tanış oldum və bu sənədlərdə nəzərdə tutulmuş öhdəlikləri qəbul edirəm bölməsinə “işarə” qoyduqdan sonra “Müraciəti təsdiq et” düyməsini sıxmaqla üzvlüyə müraciəti bitirmiş olur. Bu qaydaya uyğun olaraq, üzvlüyə qəbul 5 (beş) iş günü ərzində təşkilatın səlahiyyətli şəxsi tərəfindən müraciətçi və ya onun səlahiyyətli nümayəndəsi ilə rəsmi müqavilə bağlamaqla rəsmiləşdirilir. Növbəti 2 (iki) iş günü ərzində müraciətçinin elektron poçt ünvanını (ad və soyad və etibarlı səhifədə yaradılmış elektron ünvan, nümunələr - adilcabbarov1955@yahoo.com, cabir@gmail.com tövsiyə olunur) əks etdirən “İstifadəçi adı” və ilkin “Şifrə” onun elektron poçt ünvanına göndərilir. Yeni üzv “Şifrə”ni (hərf, rəqəm və @, # kimi işarələrin kombinasiyasından ibarət olan etibarlı və yaddaqalan şifrədən (paroldan) istifadə olunması tövsiyə olunur) dəyişdikdən sonra, “Daxil ol” pəncərəsinə girərək fərdi və ya korporativ “İstifadəçi hesabına (User account) daxil olur.

  2. Fəxri” üzvlük İctimai Birliyin idarəetmə orqanının qərarına əsasən namizədliyi təsdiq olunmuş şəxsin Bu qaydanın 4.3 yarımbəndində nəzərdə tutulmuş sənədlərini elektron qaydada alındıqdan sonra təşkilatın səlahiyyətli şəxsi tərəfindən hesab yaratmaqla həyata keçirilir. “İstifadəçi adı” və ilkin “Şifrə” elektron poçt vasitəsi ilə müvafiq qaydada fəxri üzvə təqdim olunur.


 

Üzvlüyə xitam verilməsi halları

  1. Üzv könüllü olaraq üzvlükdən imtina etdikdə;

  2. Üzv üçün ayrılmış resurs və imtiyazlardan aidiyyəti üzrə istifadə etmədikdə;

  3. İctimai Birliyin “Üzvlərin etik davranış Qaydaları”nı pozduqda;

  4. Bu qaydanın tələblərini pozduqda;

  5. Üzvlük haqqını ödəmədikdə.

Adres

Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan

Əlaqə

+994 99 324 73 32

E-poçt

info@aiseda.org.az