27-29 iyun 2024-cü il tarixində Naxçıvan şəhərində Qazaxıstandan Xoca Əhməd Yesevi Beynəlxalq Qazax-Türk Universiteti, Türkiyədən İstanbul Fatih Sultan Mehmet Vəqf Universiteti və İqtisadiyyat, Maliyyə və Energetika İctimai Birliyi, Azərbaycandan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu, Azərbaycan Respublikası Dövlət İqtisad Universiteti və Beynəlxalq Elm və Təhsil İdarəçiləri Assosiasiyası İctimai Birliyinin birgə təşkil edəcəyi “VI Beynəlxalq İqtisadiyyat, Maliyyə və Energetika” Konqresi keçiriləcək.
Konqres, Azərbaycan Respublikasının Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin” qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli sərəncamlarına uyğun olaraq təşkil olunur.
Konqres iqtisadiyyat, beynəlxalq ticarət, qida təhlükəsizliyi, iqlim dəyişikliyi, maliyyə və pul siyasəti, beynəlmiləşmə, energetika, miqrasiya və bu kimi mövzuları əhatə edir. Konqresə müraciət və əlavə məlumat üçün “2024.efecongress.org” saytı yaradılmışdır. Konqres ingilis dili və bütün türk dilləri ilə məqalə qəbuluna açıqdır.
Naxçıvan şəhər, Naxçıvan MR, Azərbaycan
+994 99 324 73 32
info@aiseda.org.az
Copyright © AISEDA 2023. All rights reserved.
Designed by Jafar Sadigzade